...

Azərbaycan nümayəndə heyəti NATO PA-nın 76-cı seminarında iştirak edir

Siyasət Materials 23 Mart 2011 11:59 (UTC +04:00)
NATO PA-nın 76-cı "Rose-Roth" seminarı öz işinə çərşənbə günü Tbilisinin "Kortiard Mariott" mehmanxanasında başlayıb.
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 76-cı seminarında iştirak edir

Gürcüstan, Tbilisi, 23 mart /Trend, müxbir N.Kirsxaliya/

NATO PA-nın 76-cı "Rose-Roth" seminarı öz işinə çərşənbə günü Tbilisinin "Kortiard Mariott" mehmanxanasında başlayıb.

Seminarda NATO Parlament Assambleyasının prezidenti Karl Lamers iştirak edir.

Trend-ə Gürcüstan Parlamentindən verilən məlumata görə, seminarda Gürcüstan rəhbərliyinin nümayəndələri, NATO PA-nın nümayəndə heyəti, Gürcüstanda akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının rəhbəri Hans Yorq Haber, habelə ekspertlər iştirak edir.

Seminarda Azərbaycanı Milli Məclisin vitse-spikeri, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov təmsil edirlər.

Seminar zamanı həm qlobal məsələlər, həm də regiondakı vəziyyət, Gürcüstan-Rusiya münaqişəsi, Gürcüstanın Avropa və Avroatlantik qurumlara inteqrasiyası, Gürcüstanda demokratiyanın inkişafı, KİV və vətəndaş cəmiyyətinin rolu, korrupsiya ilə mübarizə və digər məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti