...

Tripoli Misratda atəşkəs və barışığa hazır olduğunu elan edib

Siyasət Materials 28 Mart 2011 20:31 (UTC +04:00)
Liviya Xarici İşlər Nazirliyi ölkənin qərbindəki Misrat şəhərində atəşkəs elan edib və beləliklə, Liviya hakimiyyətinin üsyançılarla barışığa hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Reyter" agentliyi Liviya milli agentliyi "Cana"ya istinadən məlumat verib.
Tripoli Misratda atəşkəs və barışığa hazır olduğunu elan edib

Liviya Xarici İşlər Nazirliyi ölkənin qərbindəki Misrat şəhərində atəşkəs elan edib və beləliklə, Liviya hakimiyyətinin üsyançılarla barışığa hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Reyter" agentliyi Liviya milli agentliyi "Cana"ya istinadən məlumat verib.

"Xarici İşlər Nazirliyi... elan edir ki, antiterror bölmələri silahlı terror qruplaşmalarına qarşı atəşi dayandırıblar", - agentlik Liviya XİN-dəki mənbənin sözlərini qeyd edir.

Mənbənin sözlərinə görə, Misratda təhlükəsizlik və sakitlik bərpa olunur.

Bundan əvvəl bazar ertəsi üsyançılar elan etmişdilər ki, Liviya lideri Müəmmər Qəddafinin qoşunları Misratın bəzi rayonları üzərində nəzarəti ələ keçiriblər, halbuki hakimiyyət nümayəndələri şəhərin üsyançılardan azad edilməsi barədə danışırdılar.

Fevralın ortalarında Liviyada 40 ildən çox hakimiyyətdə olan Qəddafinin istefası tələbi ilə çıxışlar başlayıb. İğtişaşlar nəticədə hökumət qüvvələri və üsyançılar arasında silahlı qarşıdurmaya çevrildi. Beynəlxalq təşkilatlar üsyançıların hökumət qoşunları ilə toqquşmalarında minlərlə insanın həlak olmasını bildirirlər, Liviya hakimiyyəti isə bunu inkar edir.

Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın tətbiqini və Qəddafi qüvvələrinə qarşı xarici hərbi əməliyyatın aparılmasını nəzərdə tutan qətnamə qəbul edib. "Odissey şəfəqi" adlanan martın 19-da başlayan əməliyyatda Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka ilə yanaşı, bir sıra ölkələr iştirak edir.

Martın 27-də Liviyada hərbi əməliyyata komandanlığı rəsmən NATO öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti