...

Latviyanın daxili işlər naziri Azərbaycana gələcək

Siyasət Materials 29 Mart 2011 17:32 (UTC +04:00)
Latviyanın daxili işlər naziri apreldə Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin internet saytı məlumat verib.
Latviyanın daxili işlər naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Latviyanın daxili işlər naziri apreldə Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin internet saytı məlumat verib.

Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin səfəri Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə baş tutacaq.

Martın 29-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin görüşündə səfərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in və rəsmi səfərin gələcək əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Səfir ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti