...

Abşeron rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Siyasət Materials 29 Mart 2011 18:40 (UTC +04:00)
Abşeron rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Martın 29-da keçirilən tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Abşeron rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Abşeron rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Martın 29-da keçirilən tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3162 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 61 xidməti otaq, 132 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.

Görülən işləri yüksək qiymətləndirən nazir Abşeron RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunub, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır, polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir.

Daha sonra general-polkovnik Ramil Usubov inzibati binanın akt zalında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən ayrılmış 5 yeni mənzilin açarlarını RPŞ-nin əməkdaşlarına təqdim edib. Nazir bu münasibətlə yeni mənzillərin sahiblərini təbrik edib, polis əməkdaşlarının mənzil, məişət məsələlərinin həllində yaxından iştirakına görə Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, son beş il ərzində Abşeron RİH tərəfindən RPŞ-nin əməkdaşlarına Xırdalan şəhərinin ərazisində inşa edilmiş yeni binalarda 36 mənzil verilib, 196 nəfərə isə fərdi torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti