...

Avropa İttifaqı Cənubi Qafqazda əsas problemlərin həlli üçün qətiyyətli addımlara çağırır - məruzə

Siyasət Materials 30 Mart 2011 19:10 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinin müstəqilliklərinin bərpasından 20 il sonra da qarşılaşdıqları əksər problemlərin hərtərəfli həlli üçün özünün "yumşaq" hakimiyyətindən istifadə etməsi məsləhətdir.
Avropa İttifaqı Cənubi Qafqazda əsas problemlərin həlli üçün qətiyyətli addımlara çağırır - məruzə

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinin müstəqilliklərinin bərpasından 20 il sonra da qarşılaşdıqları əksər problemlərin hərtərəfli həlli üçün özünün "yumşaq" hakimiyyətindən istifadə etməsi məsləhətdir.

Aİ-ni buna Avropanın iki aparıcı tədqiqat mərkəzi - Brüsselin Avropa Siyasi Mərkəzi (EPC) və Londonun LINKS analitik mərkəzinin məruzəsinin müəllifləri çağırır. "Cənubi Qafqazda təhlükəsizlik aspekti. Hərətəfli, çoxtərəfli və kompleks yanaşmanın xeyrinə arqumentlər" məruzəsi çərşənbə axşamı dərc edilib. Məruzənin həmmüəllifləri qismində LINKS direktoru Dennis Sammut və EPC analitiki Amanda Pol çıxış edir.

"Son 20 ildə Cənubi Qafqaz regionunda sabitliyin qorunması vacib olub, lakin qeyri-sabitlik ocaqları ləğv edilməyincə, regionda hərbi toqquşmaların və sarsıntıların bərpası təhlükəsi var", - LINKS-in mətbaut xidməti Sammutun sözlərinə istinadən yazır. O, çərşənbə günü Brüsseldə yuxarıda göstərilən məruzəyə həsr edilən siyasi debatlarda çıxış edib.

Sammut Aİ-yə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq üzrə konfransın işə salınması üçün diplomatik səylər göstərməyi tövsiyə edir ki, 2014-cü ilədək Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq üzrə sazişə nail olunsun. Onun fikrincə, bu proses ATƏT kimi çoxtərəfli yanaşmaya malik olmalıdır və bu təşkilat çərçivəsində fəaliyyət göstərməlidir.

"Belə saziş regionda həll edilməmiş münaqişələr üzrə danışıqları mərhələli yanaşma ilə deyil, ümumi konteksdə bütün iştirakçı tərəflərin maraqlı olduqları qərarları hazırlamaqla indiki dalandan çıxarar, - məruzədə deyilir. - Mövcud stukturlarda xeyli mühüm fikirlər eşidlməz qalır".

Sammutun sözlərinə görə, təşəbbüs bir sıra problemləri və onların həlli yollarını əhatə etməklə ambisiyalı olmalıdır.

Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ və Gürcüstan-Osetiya münaqişələri həll edilməmiş qalır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Məruzə müəllifləri güman edirlər ki, Aİ-nin əsas vəzifələrindən biri Cənubi Qafqaz regionunda problemlərin həlli üçün Rusiya ilə tərəfdaşlıq münasibətlərinin qurulmasıdır. Bu, Rusiyanın 2009-cu ildə "Korfu prosesi" çərçivəsində qoyulan ümumi Avropa təhlükəsizliyi dialoquna daha çox konstuktiv cəlb edilməsi yolu ilə mümkündür.

Xəbər lenti

Xəbər lenti