...

Azərbaycan və ABŞ hərbçiləri üçün birgə tədbirlər keçiriləcək

Siyasət Materials 31 Mart 2011 10:31 (UTC +04:00)
Azərbaycan və ABŞ hərbçiləri üçün birgə tədbirlər keçiriləcək.
Azərbaycan və ABŞ hərbçiləri üçün birgə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və ABŞ hərbçiləri üçün birgə tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki ölkə arasında Fərdi Tərəfdaşlıq Proqramına uyğun olaraq, hərbçilərimiz aprelin 4-dən dekabrın 2-dək ABŞ-da Suüstü əməliyyatlar üzrə zabit kursunda iştirak edəcəklər.

Azərbaycan-ABŞ iş planına əsasən, aprelin 6-dan iyunun 11-dək hərbçilərimiz Hərbi Hava Qüvvələrinin Komanda Qərargah Akademiyasında keçirilən kurslara qatılacaqlar.

Hərbi qulluqçularımız aprelin 4-dən avqustun 13-dək isə xüsusi təyinatlı zabit kursunda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti