...

Daxili İşlər Nazirliyində azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib

Siyasət Materials 31 Mart 2011 18:39 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında DİN-in bütün xidmət sahələri əməkdaşlarının iştirakı ilə azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyində azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında DİN-in bütün xidmət sahələri əməkdaşlarının iştirakı ilə azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırım siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində yüz minlərlə insanın həyatına son qoyulduğunu, soyqırım barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.

Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Oruc Zalov məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın azərbaycanlıların soyqırımı günü elan edildiyini vurğulayıb. Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.

Oruc Zalovun təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Xəbər lenti

Xəbər lenti