...

AXCP sədri və Müsavat başqanı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar - Yaşar Əliyev

Siyasət Materials 1 Aprel 2011 15:30 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət ediliblər.
AXCP sədri və Müsavat başqanı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar - Yaşar Əliyev

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının (MP) başqanı İsa Qəmbər bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət ediliblər. Bu barədə Trend-ə İdarənin rəis müavini Yaşar Əliyev məlumat verib.

Rəis müavini bildirib ki, hər iki partiya sədrinin evinə rəsmi çağırış göndərilib və onlar saat 16:00-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Əliyev partiya sədrlərinin İdarəyə çağrılması səbəbi barədə məlumat verməyib və bildirib ki, bu haqda onlar idarədə məlumatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti