...

Azərbaycan Prezidenti Krans Montana Forumunun təsisçisini qəbul edib

Siyasət Materials 6 Aprel 2011 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Krans Montana Forumunun təsisçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Jan Pol Karteron xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb. O, ölkəmizlə və xalqımızla bağlı xoş təəssüratlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyini deyən Jan Pol Karteron bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forumun sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti