...

Fransanın sabiq ədliyyə naziri Azərbaycan Diplomatik Akademiyasında çıxış edib (FOTO)

Siyasət Materials 9 Aprel 2011 13:35 (UTC +04:00)
Fransanın sabiq ədliyyə naziri Rəşidə Dati Azərbaycan Diplomatik Akademiyasında çıxış edib.
Fransanın sabiq ədliyyə naziri Azərbaycan Diplomatik Akademiyasında çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Fransanın sabiq ədliyyə naziri Rəşidə Dati Azərbaycan Diplomatik Akademiyasında çıxış edib.

Fransanın sabiq ədliyyə naziri, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati ADA-nın "Qlobal Prespektivlər" layihəsi çərçivəsində Avropa İttifaqının genişlənməsi və qurumun Azərbaycanla əməkdaşlıq potensialı haqqında danışıb. Xanım Dati Aİ-nin Qafqaz regionuna xususi diqqət yetirdiyini, bu diqqətin Rusiya-Ukrayna qaz münaqişəsindən sonra daha da gücləndiyini bildirib. Rəşidə Dati misal kimi 2009-ci ildən həyata keçirilən "Şərq tərəfdaşlığı" layihəsini qeyd edib. Bu layihə təkcə enerji sahəsində deyil, azad ticarət, viza rejiminin də sadələşdirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Xanım Dati Azərbaycana Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün gəlib. O Azərbaycanın inkişafından və Bakının gözəlliyindən heyran qaldığını deyib.

Xəbər lenti

Xəbər lenti