...

Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşü Urmiyada keçiriləcək

Siyasət Materials 10 Aprel 2011 13:29 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Əkbər Salehi və Əhməd Davudoğlunun üçtərəfli görüşü gələn həftənin şənbə günündə İranın Urmiya şəhərində baş tutacaq.
Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşü Urmiyada keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir T.Cəfərov/

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Əkbər SalehiƏhməd Davudoğlunun üçtərəfli görüşü gələn həftənin şənbə günündə İranın Urmiya şəhərində baş tutacaq. Ba barədə məlumatı Mehr agentliyi yayıb.

Nazirlər üç ölkə arasında iqtisadi və ticari əməkdaşlığın artırılmasını müzakirə edəcəklər.

Azərbaycan diplomatik mənbələri bu məlumatı Trend-ə təsdiqləyiblər.

Ötən ilin dekabr ayında İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında üçtərəfli görüş olub.

Görüş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində baş tutub. Qərara alınıb ki, nazirlər mütəmadi görüşlər keçirərək bölgədəki məsələlərin həllinə dair müzakirələr aparsınlar.

Bundan əlavə növbəti görüşün İranda keçirilməsi də qərara alınıb.

Xəbər lenti

Xəbər lenti