...

Avropa Şurasında mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunması çox vacib və aktual məsələdir-Azərbaycan nümayəndə heyətinin sədri

Siyasət Materials 12 Aprel 2011 23:13 (UTC +04:00)
Avropa Şurasında mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunması çox vacib və aktual məsələdir.
Avropa Şurasında mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunması çox vacib  və aktual məsələdir-Azərbaycan nümayəndə heyətinin sədri

Fransa, Strasburq, 12 aprel/ Trend, müxbir A. Məhərrəmli

Avropa Şurasında mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunması çox vacib və aktual məsələdir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz sessiyasının ikinci iş günündə Lüksemburqlu deputat xanım An Brasör (Anne Brasseur) tərəfindən hazırlanmış " Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi " adlı məruzə ətrafında aparılan müzakirələr sonra jurnalistlərə açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

Nümayəndə heyətinin sədri mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunmasının çox vacib olduğunu vurğulayıb.

"Avropa Şurasında mədəniyyətlərarası dialoqun dini aspektləri məsələsinin müzakirə olunması çox vacib və aktual məsələdir. Aeyd edim ki, bu yaxınlarda Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoqa dair Forum keçirilib. Sözügedən Forumda bu istiqamətdə ciddi müzakirələr aparıldı. Biz Forumda bir məsələnin qərarını, nəticəsini orada gördük. Bu Forumda Cənab Prezident də çıxış etdi. Orada bir məsələ vurğulandı ki, nəyisə dəyişdirmək istəyirsənsə, özündən başlamaq lazımdır. Mən bu gün AŞ-dəki çıxışları görürəm. Burada din haqqında, dəyişikliklər haqqında danışırsınız, amma özünüz dediyiniz dəyərləri qoruya bilmirsiniz. Məsələn, erməni deputatlar tərəfindən Azərbaycanla bağlı yalan, böhtan, ümumiyyətlə, Azərbaycana aid olmayan məsələlərlə bağlı çıxışlar eşitdik. Mən heç onlara cavab vermək istəmirəm. Yalana nəyə görə cavab vermək lazımdır? Lakin bu yalanlar AŞ-də səslənirsə və qulaq asılırsa, deməli bu təşkilatın hansısa böyük bir problemi var. Siz əvvəlcə öz problemlərinizi düzəldin, ondan sonra dünyaya dərs oxuyun"-Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti