...

Azərbaycan, Türkiyə və İranın əməkdaşlığı regionun sabitliyinə və inkişafına xidmət edir - Elmar Məmmədyarov

Siyasət Materials 16 Aprel 2011 13:39 (UTC +04:00)
Azərbaycan İranla siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişafında maraqlıdır.
Azərbaycan, Türkiyə və İranın əməkdaşlığı regionun sabitliyinə və inkişafına xidmət edir - Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan İranla siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişafında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə şənbə günü İranın Urmiya şəhərinə gələn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Məılumatı IRNA agentliyi yayıb.

İranla ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən Azərbaycan XİN rəhbəri qeyd edib ki, İran iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensiala malikdir və Azərbaycan bu potensialdan istifadə etmək niyyətindədir.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı görüşünü şərh edən Məmmədyarov vurğulayıb ki, üç ölkə arasında əməkdaşlıq regionun sabitliyinə və inkişafına xidmət edir.

Günün ikinci yarısında Urmiyada Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti