...

Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasına mitinq keçirməyə icazə verməyib

Siyasət Materials 21 Aprel 2011 16:43 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) İslam Partiyasına (AİP) kütləvi aksiya keçirməyə icazə verməyib.

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) İslam Partiyasına (AİP) kütləvi aksiya keçirməyə icazə verməyib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafov məlumat verib.

Onun sözlərinə görə, BŞİH cümə günü partiyanın aksiya keçirməklə bağlı müraciətinə cavab verib.

Manafov qeyd edib ki, mayın 2-də partiyanın Baş Məclisi çağırılacaq və həmin məclisdə gələcəkdə atılacaq addımlarla bağlı qərar qəbul edəcək.

"Bundan sonra atılacaq addımlar Baş Məclisin qərarına müvafiq olacaq", - o vurğulayıb.

AİP aprelin 24-də kütləvi aksiya keçirməyə yer ayrılması üçün BŞİH-ə müraciət etmişdi.

Xəbər lenti

Xəbər lenti