...

Azərbaycan Prezidenti bir sıra beynəlxalq sənədləri təsdiq edib

Siyasət Materials 21 Aprel 2011 18:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il iyunun 16-da Çolpon-Ata şəhərində imzalanmış "TRASEKA multimodal daşımalarının inkişafı haqqında" sazişi təsdiq edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti bir sıra beynəlxalq sənədləri təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il iyunun 16-da Çolpon-Ata şəhərində imzalanmış "TRASEKA multimodal daşımalarının inkişafı haqqında" sazişi təsdiq edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Bundan başqa, Prezident İlham Əliyev 2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişi və Azərbaycan və Latviya prezidentlərinin Birgə Bəyannaməsini də təsdiq edib.

Xəbər lenti

Xəbər lenti