...

Azərbaycanın tanınmış gənc sənətçiləri hakim partiyaya üzv olublar

Siyasət Materials 28 Aprel 2011 16:04 (UTC +04:00)
Tanınmış gənc sənətçilər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulublar
Azərbaycanın tanınmış gənc sənətçiləri hakim partiyaya üzv olublar

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Tanınmış gənc sənətçilər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulublar.

Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən "Azərbaycan gəncliyi və müasirlik" konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.

Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millər vəkili Məlahət İbrahimqızı təqdim edib. Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.

YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti