...

Azərbaycan Prezidenti Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 3 May 2011 19:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin;. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın;

Maliyyə Nazirliyinə həmin vəsaitin Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək; Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti