...

ABŞ-ın nüfuzlu CNN telekanalında dörd gün ərzində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında reportaj yayımlanacaq (VİDEO)

Siyasət Materials 8 May 2011 11:58 (UTC +04:00)
Mayın 7-dən başlayaraq ABŞ-ın nüfuzlu "CNN International" televiziyasında ANS telekanalının jurnalisti Sevinc Osmanqızının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxsahəli fəaliyyəti barədə reportajı yayımlanır
ABŞ-ın nüfuzlu CNN telekanalında dörd gün ərzində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında reportaj yayımlanacaq (VİDEO)

Azərbaycan, 8 may /Trend/

ABŞ-ın nüfuzlu "CNN International" televiziyasında mayın 7-dən başlayaraq ANS telekanalının jurnalisti Sevinc Osmanqızının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxsahəli fəaliyyəti barədə reportajın yayılmasına başlanılıb

Trend-in məlumatına görə, "CNN International" telekanalının "World View" xəbər verilişində çoxmilyonlu beynəlxalq auditoriyaya çatdırılan reportaj dörd gün davam edəcək.

Süjetdə qeyd olunur ki, öz xoşməramlı fəaliyyəti ilə Mehriban xanım Əliyeva nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da böyük rəğbət qazanıb.

Süjetdə daha sonra qeyd olunur ki, Azərbaycanın birinci xanımı insanlara yardım göstərir, ölkədə qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasına rəhbərlik edir, idmanı və sağlam həyatı təbliğ edir, mədəni ənənələri inkişaf etdirir. Fəaliyyətini və ailə həyatını balanslaşdırmaqla Mehriban xanım Əliyeva vəziyyətin qadınların xeyrinə dəyişdirilməsində əsas rolu üzərinə götürərək cəmiyyətdə çox sevilən bir insana çevrilib.

Xəbər lenti

Xəbər lenti