Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Hacıyev/
ATƏT Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ATƏT PA-nın prezidenti Petros Eftimiu bildirib.
Eftimiu deyib ki, Azərbaycana səfərinin məqsədi əlaqələrin inkişafına dair müzakirələrin aparılmasıdır.
"Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Ona görə də, biz bu ölkə ilə əlaqələrə böyük önəm veririk. Azərbaycanın ATƏT PA-da böyük nümayəndə heyəti var. Səfərimin əsas məqsədi bu ölkə ilə təhlükəsizlik, iqtisadi, ekologiya, insan hüquqları və demokratiya sahəsində əməkdaşlıqla, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparmaqdır", - o, əlavə edib.
Bu gün ATƏT PA-nın prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb. Səfər sabah başa çatacaq.