Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi saytı