...

Macarıstan telekanalı Azərbaycan haqqında silsilə verilişlər yayımlayacaq

Siyasət Materials 13 May 2011 14:26 (UTC +04:00)
Macarıstanın "Duna TV" kanalı Azərbaycan haqqında silsilə verilişlər nümayiş etdirəcək. Razılaşma Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkənin ictimai televiziyası "Duna TV"nin baş direktoru Silvester Okovaçla görüşünüdə əldə olunub.
Macarıstan telekanalı Azərbaycan haqqında silsilə verilişlər yayımlayacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Ağayeva /

Macarıstanın "Duna TV" kanalı Azərbaycan haqqında silsilə verilişlər nümayiş etdirəcək. Razılaşma Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkənin ictimai televiziyası "Duna TV"nin baş direktoru Silvester Okovaçla görüşünüdə əldə olunub. Bu barədə Trend-ə Azərbaycanın Budapeştdəki səfirliyindən məlumat verilib.

Azərbaycan haqqında silsilə verilişlər, o cümlədən bədii filmlər və musiqili proqramlar 28 May Respublika Günü və ölkənin müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar yayımlanacaq.

Görüşdə, həmçinin hər iki ölkənin elektron media vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı surətdə hər iki xalqın tarix və mədəniyyəti, turizm imkanları və s. məsələlər müzakirə edilib.

"Duna TV"nin canlı efirində çıxış edən səfir Quliyev Azərbaycan mədəniyyətinin Macarıstanda təbliği və azərbaycanlı ifaçıların "Eurovizion" mahnı müsabiqəsində iştirakı və çıxışı haqqında suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti