...

Gürcüstan Prezidenti radikal müxalifətin Tbilisidəki aksiyalarını "maskarad" adlandırıb

Siyasət Materials 25 May 2011 11:44 (UTC +04:00)
Gürcüstan Prezidenti Moskvadan dəstək almaq və ölkədə hakimiyyətə gəlmək istəyən radikal müxalifətin Tbilisidəki aksiyalarını "maskarad" adlandırıb.
Gürcüstan Prezidenti radikal müxalifətin Tbilisidəki aksiyalarını "maskarad" adlandırıb

Gürcüstan, Tbilisi, 25 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Moskvadan dəstək almaq və ölkədə hakimiyyətə gəlmək istəyən radikal müxalifətin Tbilisidəki aksiyalarını "maskarad" adlandırıb. Trend-in məlumatına görə, belə bəyanatla Mixail Saakaşvili dünən axşam Tbilisidəki Rike parkında keçirilən təqdimat zamanı çıxış edib.

"Bu, Gürcüstan üçün yenilik deyil, belə ki, çariçalardan, knyazlardan narazılıq zamanı tariximizdə çoxlu belə faktlar olub. Qonşu dövlətlərin paytaxtlarına gedərək taxta oturacaqları halda vətəni satmağa hazır olduqlarını elan edənlər az olmayıb. Ona görə bu gün də hər şey köhnə qayda üzrə, milləti mübahisəyə çəkmək ümidilə hazırlanır", - o qeyd edib.

Saakaşvili hesab edir ki, başlıcası isə, Gürcüstanda quruculuq prosesinin saxlanmasına yönəlib. "Nəslimiz Qurucu Mişa, Qurucu Qiqi və ya başqa kimsə kimi deyil, biz hamımız, birlik nümayiş etdirən nəslimiz gələcəyimizin qurucusu olacaq, düşmənlərimiz isə bu quruculuğu dayandırmağa çalışırlar", - Gürcüstan Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti