...

Koreya XDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 27 May 2011 14:26 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevi Respubila Günü münasibətilə təbrik edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"İcazə verin, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim. Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Sizin ölkəyə daimi firavanlıq və inkişaf diləyirəm",- təbrikdə deyilib.

Xəbər lenti

Xəbər lenti