Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyasının müddəti uzadılıb. Trend-in məlumatına görə, bunu Parlamentin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
Əsədovun sözlərinə görə, reqlamentdə yaz sessiyasının son iclası mayın 31-də olmalı idi, lakin bəzi məsələlər qaldığından iyunda da iclas keçiriləcək.