...

Azərbaycanın ədliyyə naziri və Ali Məhkəmənin sədri Batumidə bir sıra görüş keçiriblər

Siyasət Materials 31 May 2011 20:15 (UTC +04:00)
Gürcüstanın Müstəqillik Günü ərəfəsində Acarıstan Muxtar Respublikasının Batumi şəhərində yeni Ədliyyə Evinin - Dövlət Xidmətləri binasının açılışı olub. Açılış mərasimində Gürcüstanın Prezidenti Mixail Saakaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər
Azərbaycanın ədliyyə naziri və Ali Məhkəmənin sədri Batumidə bir sıra görüş keçiriblər

Azərbaycan, Bakı, 31 may /Trend/

Gürcüstanın Müstəqillik Günü ərəfəsində Acarıstan Muxtar Respublikasının Batumi şəhərində yeni Ədliyyə Evinin - Dövlət Xidmətləri binasının açılışı olub. Açılış mərasimində Gürcüstanın Prezidenti Mixail Saakaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstan ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti həmin tədbirdə iştirak etmək üçün qonşu ölkəyə səfər edib.

Bina ilə tanışlıqdan sonra Prezident Mixail Saakaşvili Azərbaycanın nümayəndə heyəti ilə görüşüb, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafı yüksək qiymətləndirilib.

Həmçinin, Gürcüstanın cəzaların icrası, probasiya və hüquqi yardım üzrə naziri xanım Xatuna Kalmaxelidze ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında səmərəli danışıqlar aparılıb. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib, hüquqi yardım və məhkumların verilməsi məsələsinə toxunulub, Azərbaycanın penitensiar sistemində aparılan genişmiqyaslı islahatlara, o cümlədən müasir infrastrukturun yaradılmasında və məhkumlara göstərilən tibbi xidmət sahəsində qazanılmış nailiyyətlərə böyük maraq göstərilib.

Səfərdən ölkəmizə qayıdarkən yolüstü Gədəbəy rayonunda Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi çərçivəsində inşa olunan müasir rayon məhkəməsi binasına baş çəkilib, tikintinin gedişatı ilə maraqlanılıb.

Xəbər lenti

Xəbər lenti