...

Azərbaycanın daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

Siyasət Materials 4 İyun 2011 12:56 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində vətəndaşların qəbulunu keçirib.
Azərbaycanın daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində vətəndaşların qəbulunu keçirib. Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Həmin gün rayon polis şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd və Zəngilan rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti