...

Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

Siyasət Materials 7 İyun 2011 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri:

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Aslan Aslanov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Eldar Həsənov - Azərbaycan Respublikasının Rumıniyada və eyni zamanda Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Serbiya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti