Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/
ATƏT-in Bakı ofisinin rəhbəri iqtidarla müxalifət arasında dialoqun baş tutması üçün danışıqların davam etdirildiyini bildirib.
"İqtidarla müxalifət arasında dialoqun baş tutması bizim üçün aktual məsələdir. Qarşıdakı həftələrdə dialoqun baş tutacağını təxmin edirəm. Bu sahədə öncə texniki məsələlərin həll edilməsi lazımdır", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
Martın 7-8-də ATƏT-in Bakı ofisi iqtidar və müxalifət partiyalarının dialoqunun keçirilməsini planlaşdırmışdı. Lakin tərəflərin razılığa gələ bilməməsi səbəbindən dialoq baş tutmadı.
Əli Bilgə Cankorel: İqtidarla müxalifətin dialoqunun baş tutması üçün danışıqlar davam etdirilir
ATƏT-in Bakı ofisinin rəhbəri iqtidarla müxalifət arasında dialoqun baş tutması üçün danışıqların davam etdirildiyini bildirib.