...

İsveçin xarici işlər naziri Cənubi Qafqaz regionuna səfər edəcək

Siyasət Materials 10 İyun 2011 16:08 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt iyunun 12-15-də Cənubi Qafqaz regionuna səfər edəcək.
İsveçin xarici işlər naziri Cənubi Qafqaz regionuna səfər edəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İsveçin xarici işlər naziri Karl Bildt iyunun 12-15-də Cənubi Qafqaz regionuna səfər edəcək.

"O, regionun siyasi vəziyyətindəki dəyişikliklər barədə təsəvvür əldə etmək üçün Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək və Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirləri ilə ikitərəfli danışıqlar aparacaq", - Trend-ə İsveç XİN-dən məlumat verilib.

Məlumatda bildirilir ki, Bildt səfəri zamanı KİV nümayəndələri ilə də görüşəcək.

XİN rəhbərinin regiona səfəri martın sonlarına nəzərdə tutulmuşdu, lakin Liviyadakı böhranla əlaqədar təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti