Türkiyənin Mulla şəhərində Ədalət və inkişaf partiyasının seçki qərargahına daşla hücum edilib. İki millət vəkili zərər çəkib.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Həmçinin, Şanlıurfa şəhərində müxalifət partiyasının 500-ə yaxın tərəfdarı Ədliyyə evinə hücum ediblər. Zərər çəkənlər barədə məlumat yoxdur.
Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.
Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.
Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.
Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.
Türkiyədə keçirilmiş parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edib.
Parlament seçkilərində artıq ölkənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan, prezident Abdullah Gül, müxalifət partiy