...

Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyində tədbir keçirilib

Siyasət Materials 14 İyun 2011 17:26 (UTC +04:00)
Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyində tədbir keçirilib.
Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyində tədbir keçirilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyində tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramlarını bildirib, abidəsi önünə əklil qoyublar.

Sonra ümummilli liderin nazirlikdəki büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi yad edilib.

Tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olub, maraqlı ekspozisiyalara baxıb, dahi öndərə həsr olunmuş yeni filmi izləyiblər.

Milli Qurtuluş Günü nazirliyin bütün struktur qurumlarında geniş qeyd edilib.

Tədbirlərdə ədliyyə naziri Fikrət Məmmədov və digər məsul işçilər çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin güclü idarəçilik bacarığı, xilaskarlıq missiyası, titanik fəaliyyəti haqqında ətraflı bəhs edib, əbədiyaşar liderin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Ədliyyə işçiləri xalqımızın tarixinə, milli dövlətçilik salnaməsinə öz şərəfli imzasını atan dahi öndər Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanın hərtərəfli tərəqqisi, çiçəklənməsi və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurların qazanılmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Onlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müasir, irimiqyaslı islahatlarda ölkə başçısına layiqli yardımçı olmaq üçün əzmkarlıqla çalışacaqlarını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti