...

Azərbaycan Avropa Landşaft Konvensiyasına qoşulacaq

Siyasət Materials 16 İyun 2011 15:07 (UTC +04:00)
Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində landşaft pozuntusunun qarşısını almaq üçün beynəlxalq konvensiyanın müddəalarından istifadə edəcək.
Azərbaycan Avropa Landşaft Konvensiyasına qoşulacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində landşaft pozuntusunun qarşısını almaq üçün beynəlxalq konvensiyanın müddəalarından istifadə edəcək.

Trend-in məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov cümə axşamı jurnalistlərə bildirib ki, Azərbaycan 2000-ci il oktyabrın 20-də Florensiyada imzalanmış Avropa Landşaft Konvensiyasına qoşulacaq və bu sənəd beynəlxalq aləmdə istinad nöqtəsi kimi istifadə olunacaq.

"Komitə tərəfindən Milli Məclisin plenar iclasına təqdim olunan Avropa Landşaft Konvensiyasına qoşulmaq barədə qanun layihəsi ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlarda Ermənistan tərəfindən landşaftın pozulması faktlarının qarşısının alınması ilə bağlı müzakirələrdə istinad ediləcək sənəddir", - İbrahimov qeyd edib.

Komitə sədri onu da bildirib ki, beynəlxalq konvensiyaya qoşulmaq ölkə ərazisində landşaft pozuntularının düzəldilməsində də yardımçı olacaq.

"Landşaft pozulması əkinəyararlı torpaqların, kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir", - İbrahimov bildirib

Xəbər lenti

Xəbər lenti