...

Azərbaycan Prezidenti Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı ilə görüşüb

Siyasət Materials 22 İyun 2011 23:52 (UTC +04:00)
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb
Azərbaycan Prezidenti Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı ilə görüşüb

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilən layihələr və atılan addımlar ətrafında fikir mübadiləsi aparıldı.

Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzərdən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə olundu.

Xəbər lenti

Xəbər lenti