...

Azərbaycanın nümayəndə heyəti "Avropanın gələcəyi naminə əməkdaşlıq" konfransında iştirak edir

Siyasət Materials 23 İyun 2011 18:25 (UTC +04:00)
Tbilisidə birgünlük "Avropanın gələcəyi naminə əməkdaşlıq" beynəlxalq konfransı keçirilir. Trend-in məlumatına görə, tədbiri Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze açıb.
Azərbaycanın nümayəndə heyəti "Avropanın gələcəyi naminə əməkdaşlıq" konfransında iştirak edir

Gürcüstan, Tbilisi, 23 iyun /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə birgünlük "Avropanın gələcəyi naminə əməkdaşlıq" beynəlxalq konfransı keçirilir. Trend-in məlumatına görə, tədbiri Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze açıb.

Konfransda Avropanın "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin - Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukraynanın vətəndaş cəmiyyətinin 100-ə yaxın nümayəndəsi iştirak edir.

Baramidzenin sözlərinə görə, konfransın məqsədi "Şərq tərəfdaşlığı" ölkələri arasında Avropaya inteqrasiya və yekun vurulması sahəsində təcrübə mübadiləsidir.

"Gürcüstan Aİ yolunda durur. Bu planda hələ çox işlər görülməlidir və biz bunun üzərində intensiv işləyirik. Biz artıq assosiasiyalar haqqında danışıqlara başlamışıq, viza rejimini asanlaşdırmışıq. Lakin bununla kifayətlənmək fikrində deyilik. Yaxın vaxtlarda viza rejiminin tam ləğv edilməsi barədə danışıqlara başlamağa cəhd edəcəyik. Həmçinin, bu il azad ticarət haqqında danışıqlara başlamağa ümid edirik ki, bu da Gürcüstana əlavə investisiyalar cəlb edəcək", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, konfransda müzakirə olunan məsələlər çox vacibdir. Söhbət Şərqi Avropa ölkələrinə münasibətdə Aİ-nin siyasətindən gedir. "Gürcüstan Aİ ilə yaxınlaşmaq üçün mühüm əhəmiyyət kəsb edən islahatların aparıldığı ölkələrdən biridir. Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri məhz bu sektorun öz ölkələrinə Avropaya inteqrasiyada kömək etmələri üçün necə hərəkət etməli olmaları barədə söhbət edirlər", - Baramidze bildirib.

Xəbər lenti

Xəbər lenti