Azərbaycan, Bakı, 27 iyun /Trend/
İran rəhbərliyinin planına əsasən, bu gündən etibarən milli ordunun birləşmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qulluqçuları "Boyük peyğəmbər-6" raket qoşunlarının operativ-texniki təlimlərinə cəlb ediləcəklər.
"Biz "Xəlic-fars", "Sicil", "Fateh", "Şihab-1" və "Şihab-2" tipli kiçik, orta və böyük məsafəli raketlərin buraxılmasını planlaşdırırıq", - Trend-in məlumatına görə, İranın IRNA informasiya agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusu komandanlığının nümayəndəsi general Əmi Əli Hacızadə bildirib. Hərbi ekspertlər də gözləyirlər ki, təlimlərdə İranın "yer-yer" tipli müasir Kiam-1 raketi buraxılacaq.
Tehran hər il raketlərin buraxılması ilə bağlı hərbi təlimlər keçirir.