...

Azərbaycanın səfiri Kanadanın şimal bölgələrinə səfər edib (FOTO)

Siyasət Materials 27 İyun 2011 21:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın şimal bölgələri olan Nunavut, Yukon və Şimal-Qərb əyalətlərinə 17-24 iyun tarixlərində səfər edib
Azərbaycanın səfiri Kanadanın şimal bölgələrinə səfər edib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend /

Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın şimal bölgələri olan Nunavut, Yukon və Şimal-Qərb əyalətlərinə 17-24 iyun tarixlərində səfər edib. Trend-in məlumatına görə bu barədə Azərbaycanın Kanadakı səfirliyindən bazar ertəsi bildirilib.

Səfərin məqsədi Kanadanın Arktika üzrə suverenliyinə dair siyasəti, qeyd olunan bölgələrin sosial-iqtisadi inkişafı, Hindi və İnuit xalqlarının mədəniyyətləri ilə tanış olmaq və yerli hökumətlərin nümayəndələri ilə görüşlərin keçirilməsindən ibarət olub.

Səfər zamanı səfir bölgələrin neft-qaz, dağ-mədən və ekoturizm sənayeləri ilə tanış olub. 8 günlük səfər çərçivəsində səfir Şəfiyev Kanadanın şimalında yerləşən 14 şəhərə səfər edib.

Proqram çərçivəsində səfir Şəfiyev, həmçinin, Kanadanın Arktik Meteoroloji Stansiyasını, dünyanın ən şimalında yerləşən İnuvik şəhərinin məscidini və katolik kilsəsini ziyarət edib.

Xəbər lenti

Xəbər lenti