...

Fələstin Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 28 İyun 2011 17:34 (UTC +04:00)

İyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Fələstin Dövlətinin Prezidentinə gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti