...

Azərbaycanda cəza çəkən 25 iranlı məhkum öz ölkəsinə verilib

Siyasət Materials 30 İyun 2011 11:53 (UTC +04:00)
Trend-in sorğusuna cavab olaraq, İranın Azərbaycandakı konsulu Behruz Zare Mirzayi bildirib ki, iyunun 22-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 25 nəfər məhkum öz istəyinə əsasən İrana verilib.
Azərbaycanda cəza çəkən 25 iranlı məhkum öz ölkəsinə verilib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkən 25 iranlı məhkum öz ölkəsinə verilib.

Trend-in sorğusuna cavab olaraq, İranın Azərbaycandakı konsulu Behruz Zare Mirzayi bildirib ki, iyunun 22-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 25 nəfər məhkum öz istəyinə əsasən İrana verilib.

Konsul bildirib ki, İrana verilən məhkumlar narkotiklərin qanunsuz dövriyyəsinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum edilənlərdir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 133 iranlı məhkum cəza çəkir. Mirzayi qeyd edib ki, yaxın vaxtlarda daha bir qrup məhkumun İrana verilməsi gözlənilir.

İranda cəza çəkən bir azərbaycanlı məhkum - Elçin Axundov Azərbaycana verilib.

Konsul bildirib ki, Axundov narkotik cinayətinə görə İran məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib.

Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidməti Trend-ə məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti