...

İqbal Ağazadə KXCP qərargahına hücumda mühafizəçisinin adının hallanmasına aydınlıq gətirib

Siyasət Materials 7 İyul 2011 14:12 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə KXCP qərargahına hücumda mühafizəçisinin adının hallanmasına aydınlıq gətirib.
İqbal Ağazadə KXCP qərargahına hücumda mühafizəçisinin adının hallanmasına aydınlıq gətirib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyasının sədri İqbal Ağazadə KXCP qərargahına hücumda mühafizəçisinin adının hallanmasına aydınlıq gətirib.

Trend-in Ümid Partiyasına istinadən verdiyi məlumata görə, çərşənbə günü Pənah Hüseynin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahına hücum etməsi barədə yayılan xəbərlərdə Ümid Partiyasının sədri Ağazadənin mühafizəçisi və sürücüsünün adı da hallanıb.

Bu məlumatın yanlış olduğunu deyən İqbal Ağazadə bildirib ki, onun mühafizəçisi və sürücüsünün Pənah Hüseynlə birgə KXCP-yə hücum etməsi doğru deyil.

"Sadəcə olaraq, mənim sürücüm və mühafizəçim Pənah Hüseyni KXCP-nin qərargahında maşından düşürüblər. Az sonra isə qərargaha daxil olaraq ondan soruşublar ki, "sizi gözləyək, yoxsa gedək". Onların adının bu məsələdə hallanması doğru deyil", - Ağazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti