...

Azərbaycan Prezidenti Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 11 İyul 2011 19:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, 46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Ağdam rayon İcra Hakimiyyətinə ayrılsın.

Azərbaycan Maliyyə Nazirliyibə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti