...

Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfərinin proqramı açıqlanıb

Siyasət Materials 16 İyul 2011 10:40 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyulun 17-18-də Rusiya Federasiyasına rəsmi səfərinin proqramını açıqlayıb.
Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyulun 17-18-də Rusiya Federasiyasına rəsmi səfərinin proqramını açıqlayıb.

Xususilə, xarici işlər nazirləri ikitərəfli və beynəlxalq gündəlikdə duran məsələlər üzrə danışıqlar aparacaq. Trend-in məlumatına görə, bu barədə RF XİN-in məlumatında deyilir.

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dövlət sərhədi haqqında 2010-cu il 3 sentyabr tarixli müqavilənin ratifikasiyası barədə sənədlərin mübadiləsi həyata keçiriləcək, həmçinin 2011-ci ilin II yarısı-2012-ci ildə Xarici İşlər nazirlikləri arasında konsultasiya planı imzalanacaq.

Səfər zamanı Məmmədyarovun RF hökumət sədrinin müavini, Şimali Qafqaz federal dairəsində Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti