Azərbaycan, Bakı, 18 iyul /Trend/
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Lukas Volontenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı, "Avronest" Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.
Nümayəndə heyəti 19-22 iyul tarixlərində Bakıda olacaq. AXP-dən olan AŞPA üzvləri səfər zamanı Səngəçal neft terminalına ba. çəkəcək və Azərbaycanda dinlərarası dialoq və Avropa dəyərlərinə həsr olunmuş "dəyirmi masa"da iştirak edəcəklər.