Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/
Bakıda İsveçrənin müstəqillik günü qeyd olunub. Trend-in məlumatına görə, cümə günü İsveçrənin milli bayramı olan müstəqillik günü münasibəti ilə ziyafət təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, ölkədə Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri, iş adamları və media nümayəndələr iştirak ediblər. Tədbirdə Azərbaycan hökuməti tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak edib.
İlk öncə hər iki ölkənin dövlət himnləri səslənib. Daha sonra, İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban tədbir iştirakçılarını salamlayıb və İsveçrənin milli bayramı haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Bakıda İsveçrənin müstəqillik günü qeyd olunub
Bakıda İsveçrənin müstəqillik günü qeyd olunub. Trend-in məlumatına görə, cümə günü İsveçrənin milli bayramı olan müstəqillik günü münasibəti ilə ziyafət təşkil olunub.
