...

Azərbaycan Prezidenti makedoniyalı həmkarını təbrik edib

Siyasət Materials 1 Avqust 2011 18:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanovu təbrik edib.
Azərbaycan Prezidenti makedoniyalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanovu təbrik edib.

"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Gyorge İvanova ən xoş arzularını yetirib, dost Makedoniya xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti