...

ATƏT-in Bakı ofisinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 15 Avqust 2011 14:11 (UTC +04:00)
Bu gün Türkiyə səfiri Koray Tarqay ATƏT-in Bakı ofisinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb. Trend-in məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.
ATƏT-in Bakı ofisinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Bu gün Türkiyə səfiri Koray Tarqay ATƏT-in Bakı ofisinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb. Trend-in məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.

"ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə səmərəli əməkdaşlıq qurub, bu da ölkənin ATƏT önündə götürdüyü öhdəlilkərin icrasında mühüm bir cəhətdir. Mən ATƏT-in hər üç fəaliyyət isitmqamətinin icrasında hökümət və vətəndaş cəmiyyəti üzvlərinə yardımçı olmaq anını səbrsizliklə gözləyirəm", - Tarqay deyib.

Diplomat bu vəzifəyə təyin olunanadək Türkiyənin Çexiya Respublikasında səfiri olub. Peşəkar diplomat olan Tarqay İsveçrə, Suriya, Kanada, Almaniya və Yunanıstanda bir sıra vəzifələrdə çalışıb. O, habelə Türkiyənin Malayziyada səfiri olub.

Koray Tarqay ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsində fəaliyyət müddəti iyul ayında başa çatmış Əli Bilge Cankoreli əvəz edir.

Xəbər lenti

Xəbər lenti