...

Ermənistanda hakimiyyətlə müxalifət arasında danışıqların beşinci mərhələsi start götürüb

Siyasət Materials 16 Avqust 2011 15:20 (UTC +04:00)
Ermənistanda hakimiyyətlə müxalifət arasında danışıqların beşinci mərhələsi start götürüb
Ermənistanda hakimiyyətlə müxalifət arasında danışıqların beşinci mərhələsi start götürüb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ermənistan hökumətinin iclas zalında hakimiyyətlə müxalif Erməni Milli Konqresi (EMK) arasında danışıqların beşinci mərhələsi start götürüb. Əvvəlcə Ermənistan Respublika Partiyasının üzvləri Qagik Minasyan və David Arutyunyan, daha sonra Çiçəklənən Ermənistan Partiyasının nümayəndəsi Vardan Bostancyan və Orinats Yerkir Partiyasının üzvü Mger Şahgəldiyan, axırda isə EMK-nın nümayəndə heyəti zala daxil olublar.

EMK-nın nümayəndə heyəti bəyan edib ki, dialoqun gələcək taleyi ilə bağlı öz mövqeyini iclasdan sonra təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə Tert.am yazır.

Dünən Arman Musinyanın EMK fəallarının saxlanması - "siyasi məhbusların mövcudluğu"nun danışıqların gələcək gedişi üçün böyük əngəl olacağı və onların öz mövqelərini dialoqadək bildirəcəklərinə dair söylədikləri ilə bağlı jurnalistlərin iradlarına cavab olaraq EMK-nın əlaqələndiricisi Levon Zurabyan xatırladıb ki, mətbuat konfransı saat 11:00-da keçirilib, Arman Musinyan isə hakimiyyətə verilmiş 24 saatı nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti