...

Azərbaycanın CAR, Yaponiya və Çində yeni səfirləri təyin edilib

Siyasət Materials 16 Avqust 2011 19:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın CAR, Yaponiya və Çində yeni səfirləri təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Prezidentin digər sərəncamı ilə Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan dövlətinin başçısı Gürsel Qüdrət oğlu İsmayılzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi və onun Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Yaşar Tofiqi Əliyev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti