...

Türkiyə Somalidə səfirlik açır

Siyasət Materials 20 Avqust 2011 11:48 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Somaliyə səfəri zamanı bəyan edib ki, ölkəsi yaxın vaxtlarda Moqadişoda diplomatik nümayəndəlik açacaq.
Türkiyə Somalidə səfirlik açır

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Somaliyə səfəri zamanı bəyan edib ki, ölkəsi yaxın vaxtlarda Moqadişoda diplomatik nümayəndəlik açacaq. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti yazıb.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə paytaxt aeroportundan bilavasitə Moqadişoyadək yolun tikilməsini, əhalinin su təchizatının yaxşılaşdırılması üçün artezian quyularının qazılmasını, habelə somalililər üçün məktəb və evlərin tikintisində iştirak etməyi qərara alıb.

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvləri İstanbulda Afrikanın ən yoxsul müsəlman ölkələrindən olan Somaliyə 350 milyon dollar məbləğində humanitar yardım etmək barədə qərar qəbul ediblər.

Ən iri ödənişi Türkiyə edib. Bu ölkə müqəddəs Ramazan ayı başa çatana kimi 200 milyon dollara yaxın vəsait toplamaq niyyətindədir.

Hazırda Somalinin bəzi regionlarında aclıq davam edir. Bu ərazilərə humanitar yardımların çatdırılmasına "Əl-Qaidə" ilə əlaqəli olan islamçılar mane olurlar.

Xəbər lenti

Xəbər lenti