...

GUAM XİN Şurasının növbəti iclasının tarixi müəyyən edilməyib - baş katib

Siyasət Materials 23 Avqust 2011 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.Tariverdiyeva/

GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində növbəti iclasının keçirilməsi tarixi hələ ki müəyyən edilməyib. Məsələ ondadır ki, GUAM-ın sədri olan Moldovanı BMT Baş Assambleyasının sessiyasında hansı səviyyədə təmsil edəcək nümayəndə heyəti hələ ki aydın deyil. Assambleyada adətən XİN Şurasının iclası keçirilir. Bu barədə Trend-ə çərşənbə axşamı təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

"Lakin dəqiq deyə bilərəm ki, GUAM-ın Xarici İşlər Nazirləri Şurasının azı iki iclası baş tutacaq. Onlardan biri təşkilatda sədrlik edən ölkə kimi Moldovada, ikincisi dekabrın əvvəlində ATƏT nazirlərinin Vilnüs görüşündə keçiriləcək. Və üçüncü - XİNŞ iclasının Nyu-Yorkda keçiriləcəyi mümkündür, lakin bu hələ ki dəqiq deyil", - Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq növbəti Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyi üç blokdan ibarət olacaq. Birinci blokda GUAM ölkələrinin siyasi qarşılıqlı fəaliyyət məsələlərinə baxılır. İkinci blok - həm yeni, həm də ənənəvi layihələrə baxılan sahə əməkdaşlığıdır.

"GUAM ölkələrinin xüsusilə turizm, iqtisadiyyat və ticarət, nəqliyyat və mütəşəkkil cinayətkarlıqla və son vaxtlar fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə sahəsində əməkdaşlığı fəal inkişaf edir", - Çeçeleşvili vurğulayıb.

"Bizim energetika sahəsində də maraqlı perspektivlərimiz nəzərdə tutulub. Bütün bu məsələlərə müvafiq işçi qruplarının iclaslarında hazırlanan tövsiyələrə uyğun olaraq sahə əməkdaşlığı blokunda baxılacaq", - o qeyd edib.

"Üçüncu blok ənənəvi təşkilati məsələlər blokudur", - baş katib əlavə edib.

"Nazirlər GUAM-ın ötən ildəki büdcəsi üzrə auditorların rəyini təsdiq etməli və gələn ilin büdcəsi haqqında qərar qəbul etməli, ölkələrin öz həmkarları qarşısında qaldırmağa məqsədəuyğun bildikləri bütün məsələlərə baxmalıdırlar", - Çeçelaşvili vurğulayıb.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti