...

Qazaxıstanın müdafiə naziri futbol matçını izləmək üçün Azərbaycana gələcək

Siyasət Materials 24 Avqust 2011 12:09 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 avqust /Trend, müxbir A.Maratov/

Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov sentyabrın 5-6-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Qazaxıstan Futbol Federasiyasının prezidenti olan Caksıbekovun Azərbaycana səfərinin başlıca məqsədi "Avro-2012"-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Qazaxstan matçını izləməkdir.

Səfər çərçivəsində Caksıbekovun Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşü də planlaşdırılır.

Lənkəranda təşkil edilməsi planlaşdırılan Qazaxıstan-Azərbaycan oyunu hava şəraiti ilə əlaqədar Bakıda keçiriləcək. Havanın həddən artıq isti keçməsi səbəbindən Lənkəran stadionu yararsız vəziyyətə düşüb və matça qədər bərpa olunması mümkün deyil.

Azərbaycan-Qazaxıstan qarşılaşması sentyabrın 6-da Tofiq Bəhrəmov adına Respublika stadionda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti